Nazir: "Regionlara verilən kreditlər artıb"
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 2023-cü ilin birinci rübündə ölkənin regionlarında kreditləşmənin artımını qeyd edib. ENA.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesablarında bildirib.
“2023-cü ilin birinci rübündə regionlara kredit qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,7% artaraq 4,7 milyard manata çatıb”, - deyə Cabbarov məlumatında qeyd edir.