Nöqsanlara yol verən DYP rəisi işdən azad edildi
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsindən azad edilib.
Daxili işlər naziri, general polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis kapitanı Rasim Əliyev vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Əldə etdiyimiz digər məlumata görə, Rasim Əliyevin rəis olduğu qurumda yoxlama aparılıb və ciddi nöqsanlar aşkarlandığı üçün nazir onu işdən azad edib.
Qeyd edək ki, Rasim Əliyev 2020-ci ildə Sabirabad Dövlət Yol Polisi İdarəsində baş mütəxəssis (baş inspektor) vəzifəsindən azad edilərək, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunmuşdu. (Qaynarinfo)