Sənaye

İran ABŞ-la müvəqqəti razılaşma iddialarını rədd edir

İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində neft satışına icazə vermək üçün ABŞ-la müvəqqəti razılaşma əldə etdiyini təkzib edib.
ENA.az xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyindən verilən açıqlamada Tehran və Vaşinqtonun müvəqqəti nüvə razılaşmasına yaxın olması xəbəri doğru deyil.

İranın yarı-rəsmi agentliyi ISNA iyunun 6-da bildirib ki, Tehran ABŞ-ın birtərəfli bank sanksiyaları səbəbindən İraqdakı 10 milyard dollarlıq və Cənubi Koreyadakı 7 milyard dollarlıq dondurulmuş aktivlərini azad etməyə razılaşıb.

İsrailin "Haaretz" qəzeti də iyunun 7-də yazıb ki, İran və ABŞ arasında danışıqlar gözlənildiyindən daha sürətlə gedir və tərəflərin bir neçə həftə ərzində razılığa gəlmə ehtimalı var.

Londonda yerləşən Middle East Eye xəbər saytı iyunun 8-də adı açıqlanmayan iki mənbəyə istinadən iddia edib ki, İran və ABŞ Tehranın nüvə proqramına məhdudiyyətlər müqabilində neft satışına icazə verəcək “müvəqqəti razılaşma”ya yaxınlaşır.

Xəbərdə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani ilə Ağ Evin İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin ABŞ-da bir neçə dəfə görüşdüyü və danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyi iddia edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)