Neft həftəsonu bahalaşdı- QİYMƏT
Bugün axşam ticarət zamanı benchmark neft qiymətləri bir qədər yüksəlir. ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin kotirovkaları Bakı vaxtı ilə saat 18:22-yə 0,14 dollar (0,18%) artaraq 76,1 dollar/barel təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçerslərinin qiyməti bu dəfə 0,03 dollar (0,04%) artaraq bir barelə görə 71,32 dollar təşkil edib.
İnvestorlar hələ də tələbin perspektivlərindən narahatdırlar. “Trading Economics” yazır ki, mərkəzi bankların növbəti faiz artımı gözləntiləri və ən böyük neft idxalçılarından biri olan Çin iqtisadiyyatının artım tempinə dair qeyri-müəyyənlik qlobal yanacağa tələbatına mənfi təsir göstərə bilər.
Zaye Capital Markets-in baş investisiya direktoru Naeem Aslam, "Dünyanın ehtiyacı olan şey daha çox tələbatdır" dedi. Onun sözlərinə görə, həftə sonu tərəfdaş ölkələrlə birlikdə 2024-cü il üçün hasilat kvotalarının sutkada 1,4 milyon barel azaldılaraq 40,46 milyon bareləsalmasını elan edən OPEC-in bazar rolunun vacibliyinə baxmayaraq, tələb təklifdən daha vacibdir.