3 gün leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2023-06/_ena_9f116a2be6f05b85ad085badf_o.jpg)
Azərbaycanın rayonlarında iyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.