Hesabatlar

Büdcəyə ödənilən vergilərin həcmi artıb

2023-cü ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub, artım 45% təşkil edib.

ENA.az Vergi Xidmətinə istinadən xəbər verir ki, “2023-cü ilin yanvar-may ayları ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 415,8 milyon manat vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 45% və ya 2,6 milyard manatdan çox artıb. Qeyri-neft-qaz sektorunda daxilolmalar 4,6 milyard manat (artım 17,8%) olub.

2023-cü il üçün DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 13,4 milyard manat məbləğində nəzərdə tutulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)