Ərdoğan bu tarixdə Azərbaycana gələcək
Türkiyənin yenidən Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərinə hazırlaşır.
Məlumata görə , Ərdoğan iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə gedəcək. Orada həmkarı Ersin Tatarla görüşəcək.
Bir gün sonra, iyunun 13-də Ərdoğanın Azərbaycana səfəri gözlənilir. Türkiyə liderinin çərşənbə axşamı Azərbaycanda olacağı, həmkarı Prezident İlham Əliyev ilə görüşəcəyi bildirilir.
Qeyd edək ki, Ərdoğanın Bakı səfəri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.