Hesabatlar

Azərbaycanda səhm əsaslı şirkətlər cəmi 1,3%-dir - DVX-nin məlumatı

Azərbaycanda 1 iyun 2023-cü il tarixinə olan vəziyyətə görə, 105,4 min aktiv kommersiya qurumu qeydiyyata alınıb, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. ENA.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı isə ümumilikdə 167,6 mindir.

"2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kommersiya təşkilatlarının sayı 10,4%, aktiv kommersiya qurumlarının sayı 14% artıb”, - deyə bildirilir.

İyunun 1-nə kommersiya hüquqi şəxslərin 90,3%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,3%-i səhmdar cəmiyyəti (SC), 1,1%-i kooperativ formalarda yaradılıb.

Həmçinin, 32,49 min təşkilat aktiv ƏDV ödəyiciləridir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% çoxdur.

Yanvar-may ayları ərzində 6,945 min kommersiya təşkilatı dövlət qeydiyyatından keçib. Onlardan 88,3%-i yerli investisiyalar ilə şirkətlər, 11,7%-i – xarici investisiyalar ilə təşkilatlardır.

Hesabat dövründə qeydiyyata alınan kommersiya qurumlarının 82,6%-i elektron formada qeydiyyatdan keçib.

Ümumilikdə, 1 iyun 2023-cü il tarixinə Azərbaycanda 1 milyon 452,702 min vergi ödəyicisi qeydiyyata alınıb, onların 87,3%-i - fiziki şəxslər, 12,7%-i - hüquqi şəxslər və digər təşkilatlardır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9%, o cümlədən fiziki şəxslərin sayı – 6,5%, hüquqi şəxslərin sayı - 9,7% artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)