Gündəm

Bu ölkə dördgünlük iş həftəsinə keçir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları üzrə Federal Qurumunun müəyyən etdiyi yeni iş qaydalarına əsasən, bu ölkədə federal hökumət işçiləri dördgünlük iş həftəsinə keçmək hüququ qazanacaqlar.

ENA.az “Al Arabiya”ya istinadən xəbər verir ki, iyulun 1-dən qüvvəyə minəcək qaydalar, dövlət işçilərinin artıq təyin olunmuş həftəlik iş saatlarını dörd gündə - gündə 10 saatdan və ya həftədə 40 saatdan çox olmayan işləməyi seçə biləcəklərini müəyyən edir.

Bu, həm işçinin, həm də işəgötürənin razılığı ilə olmalıdır. Özəl sektorda çalışanlar üçün isə heç bir qayda müəyyənləşməyib.

“Sıxılmış iş həftəsi”nə keçid BƏƏ-də dövlət işçiləri üçün yeni İnsan Resursları qanununda nəzərdə tutulan bir sıra iş modellərindən biridir. Model həm ölkə daxilində, həm də xaricdə uzaqdan işləməyə və hibrid işə imkan verir.

Hazırda digər Körfəz ölkələri də daha qısa iş həftəsinin tətbiqi imkanlarını araşdırır. Bu ilin martında Səudiyyə Ərəbistanının İnsan Resursları və Sosial İnkişaf Nazirliyi iş həftəsini qısaltmaq üçün üçgünlük istirahət rejiminin tətbiqi imkanını nəzərdən keçirdiyini bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)