Banklar hərracdan dollar alışını kəskin azaltdılar - NƏTİCƏ

Dövlət Neft Fondu bugün valyuta hərracında banklara 1,5 milyon dollar satıb. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ötən hərracdakı iyunun 6-da keçirilən hərracda banklar 8,6 milyon dollar alıb.satışdan təxminən 5,5 dəfə azdır.
"08 iyun 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 1,5 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır"- deyə AMB-nin məlumatında bildirilir.
12 yanvar 2017-ci il tarixindən etibarən AMB valyuta hərraclarının yeni mexanizminin tətbiqinə başlayıb.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.