ABŞ maye karbohidrogen üzrə Azərbaycanın proqnozunu salmadı
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) 2023-2024-cü illər üçün Azərbaycanda maye karbohidrogenlərin (LHC) hasilatı ilə bağlı proqnozu saxlayıb.
ENA.az xəbər verir ki, EIA-nın proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 0,64 milyon barel təşkil edəcək. Eyni zamanda, birinci rübdə faktiki hasilat sutkada 65 min barel, ikinci rüb üçün proqnoz sutkada 0,64 milyon barel, üçüncü rübdə 0,64 milyon barel və dördüncü - 0,65 milyon barel təşkil edəcək.
EIA-nın proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 0,65 milyon barel təşkil edəcək. Bununla yanaşı, gələn ilin 1-ci rübündə neft hasilatı sutkada 0,65 milyon barel, II rübdə 0,65 milyon barel, III rübdə 0,65 milyon barel, IV rübdə sutkada 0,65 milyon barel təşkil edəcək.