Hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından Azərbaycanın gəlirləri açıqlanıb
2023-cü ilin yanvar-mart aylarında Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 833 milyon 550,8 min manat gəlir əldə edib. ENA.az xəbər verir ki, bu cari məzənnə ilə 490,3 milyon dollar edir və 2022-ci ilin I rübünün göstəricisindən 20,3% azdır.
Hesabat dövründə hava nəqliyyatı ilə yükdaşımalardan 548 milyon 768 min manat gəlir, yəni 37,4% azalıb. Bu gəlirlərin əsas həcmi – 548 milyon 464,3 min manatı beynəlxalq yükdaşımaların payına düşür. Burada azalma 37,5%-dir. Daxili yükdaşımalar isə 1,9 dəfə artaraq 303,7 min manata çatıb.
Hava nəqliyyatı ilə sərnişin daşımalarından 284 milyon 782,8 min manat məbləğində gəlir (artım 68,5%) əldə edilib. Gəlirlərin əsas həcmi - 274 milyon 355,5 min manatı (artım 86%) beynəlxalq sərnişindaşımaların, 10 milyon 427,3 min manatı (azalma 51,4%) daxili sərnişindaşımaların payına düşüb.
2023-cü ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə yükdaşımaların həcmi 83 min ton (azalma 45,6%), sərnişin daşımalarının həcmi 539 min nəfər (artım 47,9%) təşkil edib.
2022-ci ildə Azərbaycan hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından 4 milyard 904 milyon 809,7 min manat (artım 51,4%), o cümlədən yükdaşımalardan 3 milyard 642 milyon 937,9 min manat (artım 12,4%), sərnişindaşımalardan isə 1 milyard 261 milyon 871,8 min manat gəlir (artım 98,7%) əldə edib.