Elm və Texnologiya

Motorola milyard rəng dəstəyi olan yeni televizorunu təqdim etdi

Motorola brendi Hindistanda yeni Envision X orta səviyyəli televizorlarını təqdim edib.

Yeni modelə ekran diaqonalı müvafiq olaraq 55 və 65 düym olan iki versiya daxildir. Diaqonalından aslı olmayaraq hər iki versiyada Quantum-Glow və Dolby Vision standartlarını dəstəkləyən 1,07 milyard rəngi əhatə edən QLED-matrisdən istifadə olunur. 

Envision X Android-in TV-yə uyğun versiyası olan Google TV platformasında işləyir. Performans üçün cavabdeh dördnüvəli MediaTek prosessoru və 2 GB RAM-dır.

Hər iki yeni məhsul 7 iyun 2023-cü ildə ilk olaraq Hindistanda satışa çıxarılacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)