Gündəm

Türkiyə Boğaziçi və Çanaqqala boğazından keçid haqqını artırır

Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8%-dən çox artıracaq.

Bu barədə Türkiyənin “Aydınlık” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb.

Oktyabr ayında Türkiyə rəsmiləri rüsumu birdən-birə 5 dəfə artıraraq 4,08 dollara çatdırıb.

Rüsum 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. İmzalanma zamanı qızıl frankı 0,8 dollara bərabər idi.

Nərşrin yazdığına görə, bir ticarət gəmisinin xalis tonajı üçün “qızıl frankının vergilər və ödənişlər (mayak, sökülmə və sanitar yoxlama) baxımından əsas dəyəri ... 4,42 dollar olaraq təyin edilmişdir. Beləliklə, yığımların artımı 8,3% təşkil edəcək. Qəzetin yazdığına görə, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir pilotluq və yedəkləmə xidmətlərini nəzərə almasaq, təxminən 160-170 milyon dollar təşkil edirdi. Bu rəəqəm ilin sonuna 900 milyon dollara çata bilər.

Qəzetin yazdığına görə, qərara alınıb ki, qızıl frank sabit deyil, hər il iyunun sonunda Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənsin.

1936-cı il Montrö Konvensiyası Qara dənizdən Aralıq dənizinə qədər Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən sənəddir. Sənədə görə. Konvensiyanın 19-cu maddəsinə əsasən, Türkiyə döyüşən ölkələrin gəmiləri üçün boğazları bağlaya bilər. İstisna yalnız dayanacağa qayıdan gəmilərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)