Bank

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri dəyişir

İyulun 1-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın (Sarah Michael) səlahiyyət müddəti başa çatacaq.

Onu Ştefani Ştalmeyster (Stefanie Stallmeister) əvəz edəcək.

Yeni ölkə meneceri bu təyinata qədər Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean üzrə əməliyyat menecer olub.

S.Maykl isə bundan sonrakı fəaliyyətini Dünya Bankının Vaşinqtondakı mərkəzi qərargahında Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə səlahiyyətli şəxs kimi davam etdirəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)