İşçilərin dələduzluğundan özünü sığortalayanlar var- MƏBLƏĞ
Ötən il və bu il işçilərin dələduzluğundan özünü sığortalayan iş adamları olub.
ENA.az xəbər verir ki, bu il bu sığorta xidməti üçün toplanan vəsaitin həcmi 87 min manat olub.
Halbuki, ötən ilin yanvar-mart ayları üzrə dələduzluğundan özünü sığortalamaq üçün sığorta şirkətlərinə ödənişin məbləği 100 min manat olmuşdu.
2022-ci ilin sonunda isə bu sığorta növü üzrə toplanan sığorta haqlarının məbləği 261,4 min manat olub.
Bəs işçilərin dələduzluğuna məruz qalaraq sığorta ödənişi alan olubmu?
ENA.az xəbər verir ki, nə ötən il, nə də 2023-cü ilin ötən 4 ayında bununla bağlı sığorta ödənişi qeydə alınmayıb.