Bank

Rusiya Mərkəzi Bankından "həddən artıq gərginlik" XƏBƏRDARLIĞI

Rusiya Mərkəzi Bankı inflyasiyanın hədəf səviyyəyə endirilməsi üçün faiz artımının edilə biləcəyinə işarə edərək, idxalın artmayacağı təqdirdə tələbin artması səbəbindən iqtisadiyyatın “həddən artıq gərgin” dövrünə girəcəyini xəbərdarlıq edib.

ENA.az xəbər verirki, Rusiya Mərkəzi Bankının Araşdırma və Proqnozlaşdırma Departamentindən edilən yazılı açıqlamada ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələrə yer verilib.

Açıqlamada Rusiya iqtisadiyyatında artım meylinin davam etdiyi, dövlətin və vətəndaşların artan tələbinin qeyd olunan tendensiyanın əsas amilləri kimi göstərildiyi bildirilib.

“Bu vəziyyət rekord səviyyədə aşağı işsizlik, iqtisadiyyatın bir çox sektorlarında rekord yüksək potensialdan istifadə və korporativ kreditlərin güclü artımında özünü göstərir”, - bəyanatda deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)