TURİZM

"Absheron Hotel Group" MMC nizamnamə kapitalını azaltdı

"Absheron Hotel Group" MMC nizamnamə kapitalının 15 milyon 850 min manat məbləğdən 14 milyon 250 min manat məbləğə azaldığını elan edib. Bu isə 10 faizlik bir azalma deməkdir. 

ENA.az xəbər verir ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Xəqani Rüstəmov küçəsi, 4C ünvanına bildirə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)