Smartfonla qan təzyiqini dəqiq ölçə bilən cihaz yaradılıb
San-Dieqodakı Kaliforniya Universitetinin (ABŞ) alimləri smartfonun sahibinin təzyiqini ölçməyə imkan verən ucuz qiymətə əlavə cihaz yaradıblar.
Bu barədə “New Atlas” portalı məlumat yayıb.
BPClip smartfonda elə yerləşdirilib ki, kamera barmağın şəklini qırmızı nöqtə şəkli kimi çəkir. Təzyiq artdıqca onun ölçüsü artır və parlaqlıq barmağa daxil olan qanın miqdarından asılı olaraq dəyişir. Qırmızı nöqtənin ölçüsü və parlaqlığını təhlil edildikdə, cihaz istifadəçinin sistolik və diastolik qan təzyiqini təyin edir. Alimlər deyirlər ki, BPClip testləri onun qan təzyiqi monitoru ilə eyni dəqiq ölçmələr verdiyini göstərir.