Rəsmi

“Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1.7 milyard dollardan çoxdur”

Bu il İsraildə Azərbaycan səfirliyinin açılması əlbəttə ki, əlaqələri yüksək səviyyəyə qaldıracaq, eyni zamanda, daha yaxın qarşılıqlı fəaliyyət üçün daha çox fürsətlər yaradacaq.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi 1.7 milyard ABŞ dollarından çoxdur və bu, diqqətçəkən miqdardır.

“Amma mən düşünürəm ki, qarşıdakı illərdə ticarət dövriyyəmizi şaxələndirməli olacağıq. Ümidvaram ki, planlaşdırdığımız və həyata keçirdiyimiz birgə layihələrimiz nəticəsində bizim daha balanslı ticarət dövriyyəmiz olacaq və bu sadəcə enerji faktorundan asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan İsrail üçün illərdir ki, etibarlı xam neft tədarükçüsü olmağa davam edir və bu enerji sahəsində yaxın əməkdaşlığı nümayiş etdirir”, – Prezident İlham Əliyev vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)