Gündəm

İyunda 12 gün iş olmayacaq

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən iyunda qeyri-iş günlərinin sayı məlum olub.

İyunun 15-də Milli Qurtuluş Günüdür.

26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

ENA.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, həftəsonları da daxil olmaqla, iyunda 12 gün iş olmayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)