Birja

Neft ucuzlaşmaqda davam edir

Dünya birjalarında neftin ucuzlaşması davam etməkdədir.

ENA.az xəbər verir ki, Londonun ICE Futures birjasında çərşənbə axşamı saat 9:15-ə olan Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 76,63 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,44 dollar (0,57%) aşağıdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyul fyuçerslərinin qiyməti bu vaxta qədər 0,26 dollar (0,36%) azalaraq 72,41 dollar/barelə bərabər olub. 

Treyderlərin diqqəti hələ də ABŞ hökumətinin borc tavanı ilə bağlı vəziyyətə yönəlib. İyunun 5-nə – Maliyyə Naziri Janet Yellenin hökumətin borclanma limitinin artırılması üçün son tarix kimi təyin etdiyi tarixə cəmi bir həftə qalıb.

Nümayəndələr Palatasında prezident Co Bayden və Konqresin aşağı palatasının spikeri respublikaçı Kevin Makkarti arasında əldə olunan razılaşma layihəsinə dair səsvermə çərşənbə günü keçiriləcək. Daha sonra baxılmaq üçün Senata gedəcək.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department