Hadisə

İstanbulda "Balkondan" səslənən şüarlar: "Bugün bütün Türkiyə qazandı. Bugün Azərbaycan qazandı. Bugün Qarabağ qazandı!"

"Bugün bütün Türkiyə qazandı. Bugün Azərbaycan qazandı. Bu gün Qarabağ qazandı!". ENA.az xəbər verir ki, bu şüarlar Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda seçiçiləri qarşısında "Balkon çıxışı" zamanı trubunadan səsləndi. 

R.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ona zəng edərək təbrik etdiklərini bildirib.   

Bugün Türkiyədə keçirilıən prezident seçkilərində ikinci tur baş tutdu. ENA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı vaxtilə 20.40-a olan açıqlamaya görə, seçki qutularının 98,7%-i açılıb.

Nəticələrə əsasən, seçicilərin 52,09% səslə Rəcəb Ərdoğan qalib gəlib. Onun rəqibi Kemal Kılıçtaroğlu 47,91% səs toplayıb. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)