London dondurulmuş aktivlərini Moskvaya qaytarmaqdan imtina edir
London Kiyevə dəymiş ziyana görə kompensasiya ödəməyə razılaşana qədər dondurulmuş dövlət aktivlərini Moskvaya qaytarmayacaq.
Bu barədə “The Guardian” qəzeti yazır.
Nəşrin məlumatına görə, hazırda Britaniya hakimiyyəti Aİ-dən olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir. Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, eləcə də müxalif Leyboristlər Partiyasının və Ukrayna hökumətinin nümayəndələri Rusiyanın Böyük Britaniyadakı dövlət əmlakının tamamilə müsadirə edilməsini və Kiyevə verilməsini təklif edirlər. Keçən il onların dəyəri 32 milyard dollar olub.
Bununla belə, keçən cümə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib ki, Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razı olana qədər Rusiyanın suveren aktivləri fəaliyyətsiz qalacaq.