Azərrbaycan xaricdən bitki və heyvan mənşəli yağ alışını azaldıb
Azərbaycana xaricdən daxil olan bitki, heyvan mənşəli piylər və yağların həcmi azalıb. ENA.az xəbər verir ki, bu ilin dörd ayında ölkəmizə ümumilikdə 48 min ton yağ daxil olubsa, bunun 41 min 965 tonu bitki və heyvan mənşəli yağlardır.
Bu yağların alınması üçün ölkəmizdən xaricə 94 milyon dollar valyuta ödənilib. Ötən ilin rəqəmlərinə nəzərə saldıqda Azərbaycana daxil olan bitki və heyvan mənşəli yağların həcmi azalıb. Belə ki, 2022-ci ildə 57 min ton bitki heyvan mənşəli yağ almışdı və bunun üçün 92 milyon dollar ödəmişdi. Səbəb isə, ötən il bitki və soya yağlarının dünya bazarında bahalaşması idi.