Azərbaycan Avropa ölkələrinə nə qədər fındıq satıb?
Bu ilin üç ayında Avropa ölkələri Azərbaycandan 16,703 milyon avro dəyərində 3,143 min ton təmizlənmiş meşə fındığı alıblar. Bu ötın ilin eyni dövründəkindən 2 dəfə azıdr. ENA.az Avrostat-a istinadən xəbər verir ki, bu dövrdə Azərbaycan Almaniyaya 10,279 milyon avro (artım 2,7 dəfə) 1,906 min ton (artım 2,9 dəfə), İtaliyaya – 4,28 milyon avro (azalma 7,5 dəfə) dəyərində 0,798 min ton meşə fındığı ixrac edib.
Kiçik həcmdə Çexiya, Estoniya, İspaniya, Fransa, Latviya, Polşa və Slovakiya meşə fındığı alıb.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 58,103 milyon avro (artım 44,5%) dəyərində 10,061 min ton (2021-ci illə müqayisədə artım 42,7%) meşə fındığı idxal ediblər.