BİZNES

Dünyanın ən böyük şirkətlərinin dividendləri rekordu yeniləyib

2023-cü ilin birinci rübündə dünyanın ən böyük şirkətləri tərəfindən ödənilən dividendlərin həcmi illik müqayisədə 12% artaraq birinci rüb üçün rekord məbləğə - 326,7 milyard dollara çatıb.

ENA.az Janus Henderson Investors şirkətinin araşdırmasına görə, Janus Henderson-un qlobal səhmlər üzrə rəhbəri Ben Lofthouse dividend artımını "xüsusilə qlobal iqtisadiyyatın 2022-ci ildə üzləşdiyi çətinlikləri nəzərə alsaq, təsirli" adlandırıb.

Bir çox cəhətdən belə əhəmiyyətli artım, xüsusən də Ford və Volkswagen avtomobil istehsalçıları tərəfindən elan edilən xüsusi dividendlərlə bağlıdır.

Xüsusi dividendlər və valyuta dəyişmələrinin təsiri nəzərə alınmadan birinci rübdə dividend ödənişlərinin həcmi 3% artıb. Cari ilin sonuna qədər bu üsulla hesablanan dividendlərin 5% artaraq 1,64 trilyon dollara çatacağı gözlənilir.

Birinci rübdə dividend ödənişlərinin təqribən yarısı ABŞ şirkətlərindən, əsasən tikinti, texnologiya və səhiyyə sektorlarından gəlib. Bu arada, mədən şirkətləri aşağı əmtəə qiymətləri fonunda səhmdarların ödənişlərini azaldıblar.

Qlobal dividend tendensiyalarını təhlil edən Janus Henderson araşdırması 2009-cu ildən bəri dünyanın 1200 ən böyük şirkəti arasında aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)