MALİYYƏ

SOCAR 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə 2 milyardan çox vergi ödəyib

SOCAR 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə 2 milyard 12,734 min manat vergi ödəyib.

ENA.az xəbər verir ki, bu, 2021-ci ildəki məbləğdən 76,3% çoxdur. 

Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair rəyində qeyd olunur ki, SOCAR üzrə 2022-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1 milyard 350 milyon manat olub. Belə ki, 2022-ci ildə Dövlət Neft Şirkəti vergi öhdəliklərini 149,1 faiz yerinə yetirib.

2021-ci ildə SOCAR Azərbaycanın dövlət büdcəsinə 1 milyard 146 milyon 710,4 min manat vergi və digər ödənişlər ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department