MALİYYƏ

Manatın bir illik qiyməti bu gün 8%-dir. AZIR, AYNA indeksləri nədir?

Azərbaycan Mərkəzi Bankı yeni alətlər istifadəyə verib. ENA.az xəbər verir ki, bunlara AZIR, AYNA və gəlir əyrisi aiddir. Bu alətlər iqtisadiyyatda, xüsusən də pul siyasətinin tənzimlənməsində vacib əhəmiyyət kəsb edir.

Dünya mərkəzi banklarında analoji indeks və alətlər uzun zamandır istifadə olunsa da, Azərbaycanda təyin olunan məzənnə rejimi işlədiyindən bunlara təəssüf ki, ehtiyac duyulmayıb.

Beləliklə, Azərbaycan Mərkəzi Bankına yeni təyinatlar ölkənin müasir monitar alətlərindən istifadəsinə keçid etmiş oldu.    

Qeyd edək ki, AZIR (Azerbaijan Interbank Rate) - Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin ortaçəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli indekslərdir. Sadə şəkildə desək, AZIR ölkənin banklararası bazarına istinad faizdir. Bu 1 həftəlik azır ola bilər,1 günlük azır ola bilər və 1 aylıqda ola bilər.

AMB-nin açıqladığı cədvələ əsasən, banklararası bazarda 1D AZIR (1 günlük) üzrə 5,32% ilə 126 milyon manatlıq əqd bağlanıb.  1 həftəlik AZIR üzrə əqdlərin faiz dərəcəsi 5,93%-ə, 3 aylıq AZIR üzrə 8,50%-ə  çatıb.

 

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun sözlərinə görə, bunlar yeni məlumatlardır və birbaşa nəticə verə bilməz, hələ ki test mərhələsindədir.

“Manatın dəyərini öyrənmək üçün digər valyutalara nəzər yetirəndə, mütəxəssislərin xahiş odur ki, faiz dərəcəsinə də nəzər yetirsinlər. Gəlir əyriliyinin formalaşmasının dinamikası da önəmlidir. Manatın bir illik qiyməti bu gün 8%-dir. Azərbaycan Mərkəzi Bankının notları ölkəmizin milli valyutasının dəyəridir”- deyə, T.Kazımov bildirib.

Hər bir ölkənin öz daxili gəlir əyriliyi var. Bu isə risksiz valyutada aparılan risksiz borc əməliyyatlarından formalaşır.

Risksiz olan isə hazırda Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarıdır. 1,2,5,7 il uzun müddətli istiqrazlar buraxılır.

“Həm investorlar, həm də borc götürmək istəyənlər manatla əməliyyatlar apararkən bu faiz dərəcəsinə, indeksə nəzər yetirməlidir. Hər bir normal iqtisadiyyatda bunlar formalaşmalıdır və ictimaiətləşməlidir” – deyə AMB sədri vurğulayıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department