Vakansiyalar

SRS Group işçi axtarır - MAAŞ 2000-2500 AZN

İnşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələri üzrə fəaliyyət göstərən "SRS Group" "Metal konstruksiya üzrə mühəndis konstruktor" vəzifəsinə işçi axtarır.

 Son tarix 23 iyn 2023 

Öhdəliklər:

  • Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlayır;
  • İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
  • Konstruktiv hesabatların aparılması,  Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
  • Seçilmiş konstruktiv və texnoloji sxemlərin işlənməsi zamanı qurğuların hazırlanması, yığılması, quraşdırılması və nəql olunmasında ayrı-ayrı elementlərin möhkəmliyini, dayanıqlığını və sərtliyini təmin edən mühəndislik hesabatını aparmaq;
  • Layihələndirilmə zamanı cizgilərin ümumi görünüşlərini, planını, kəsiklərini tam olaraq işləmək və bütün detalların cizgilərini işləmək;
  • Qaynaq birləşmələrinin və düyünlərinin cizgilərini beynəlxalq standartlara uyğun olaraq işləmək;
  • Konstruksiyada istifadə olunacaq materialları, yerinə yetirdiyi konstruktiv funksiyaya uyğun olaraq standartlara görə düzgün seçmək və spesifikasiya tərtib etmək, material tutumunu hesablamaq;
  • Həm lahiyəni həm də hesabatı bilməlidir.

Namizədə olan tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Verilən tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
  • Yaş həddi: 27-50
  • İş təcrübəsi: tikinti sahəsində 5 ildən yuxarı
  • Cins: kişi.

 

Həftədə 6 gün iş günüdür.

Bazar günü istirahət günüdür.

Əmək haqqı: 2000 - 2500 manatdır.

Namizədlər CV-lərini srsgroup22@mail.ru e-mail ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)