Bank

Mərkəzi Bank böyük məbləğdə manatı bazardan yığdı

Azərbaycan Mərkəzi Bankı bu ilin üç ayında bazardan 885 milyon manat yığıb. ENA.az xəbər verir ki, AMB təklif etdiyi yeni alətlər içərisində sterilizasiya yönümlü alətlərə tələbatın yüksək olduğunu açıqlayəb.

Xüsusilə, 2023-cü ilin birinci rübündə 1 günlük depozit əməliyyatlarının orta günlük həcmi 560 milyon manat olub. Xüsusən də 2022-ci ilin sentyabr-dekabr aylarında 464,3 milyon manat təşkil edib.

AMB-dən verilən məlumata görə, Mərkəzi Bank 2023-cü ilin birinci rübündə ümumilikdə 12 not hərracı keçirib.

Bankdan məlumat verilib ki, son hərraclarda orta hesabla gəlirlik 28 günlük notlar üzrə 6,71%, 84 günlük notlar üzrə - 7,95%, 168 günlük notlar üzrə - 8,57%, 252 günlük notlar üzrə - 9.29% olub.

Bankın məlumatına görə, 2023-cü ilin yanvar-mart aylarında sterilizasiya üzrə əməlyyatlar çərçivəsində 240 milyon manat məbləğində 7 günlük REPO əməliyyatları həyata keçirilib.

Xəbər verildiyi kimi, 2021-ci ilin əvvəlində AMB həftəlik depozit hərraclarının keçirilməsindən imtina edib, izafi likvidliyin tənzimlənməsi üçün isə not hərraclarının keçirilməsinə üstünlük verilir. Həmçinin, 2022-ci ilin oktyabr ayından etibarən notların yerləşdirilməsi üzrə yeni mexanizm tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)