“ChatGPT”nin ilk rəsmi mobil proqramı təqdim edilib

“OpenAI” şirkəti “ChatGPT”nin iOS tətbiqini buraxıb,
Hələlik proqram yalnız ABŞ-da mövcuddur, lakin zamanla digər ölkələrdə də əlçatan olması planlaşdırılır.
Qeyd edək ki, bu, “ChatGPT”nin ilk rəsmi mobil proqramıdır, “CNBC” qeyd edir. Bundan əvvəl çat-bot yalnız “OpenAI” saytında və üçüncü tərəf proqramlar vasitəsilə işləyib.
Proqram pulsuzdur, lakin siz ayda 20 dollar ödəməklə “ChatGPT Plus”a abunə ala bilərsiniz.