Türkiyə ilk dəfə öz ərazisindən kosmosa peyk göndərəcək
Türkiyə ilk dəfə olaraq öz ərazisindən kosmosa peyk göndərəcək.
Bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Dəmir NTV kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, ilk olaraq gələn il 100 kq mini, sonrakı mərhələdə isə 1.5 tonluq peykin kosmosa göndərilməsi planlaşdırılır.
Dəmir bunun üçün Kırklarelinin İğneada rayonu ərazisində bir raket və peyk uçuşu kompleksinin yaradılacağını əlavə edib.