Orta temperaturun 1.5 dərəcədən çox artacağı gözlənilir - XƏBƏRDARLIQ
İqlimşünas alimlər qlobal istiləşmələrlə ilə bağlı xəbərdarlıq ediblər.
Araşdırmalara görə, Yer kürəsinin orta temperaturunun 2027-ci ilə qədər ilk dəfə 1.5 dərəcədən çox artacağı proqnozlaşdırılır.
Alimlər prosesin müvəqqəti olacağını desələr də, onun səbəb ola biləcəyi təhlükələr – daha böyük miqyaslı meşə yanğınları, daha güclü qasırğalar və isti dalğalarına dair beynəlxalq ictimaiyyətə xəbərdarlıq ediblər.
Qeyd edək ki, Paris iqlim sazişinə əsasən, ölkələr qlobal istiləşmənin 1.5 dərəcəlik limiti keçməməsi üçün karbon dioksid emisiyasının azaldılması öhdəliyini üzərlərinə götürüblər.
Qarşıdakı bir neçə ildə istiləşmənin kəskin artmasına səbəb kimi emisiya ilə yanaşı, El Ninyo adlanan, təxminən, 2 və ya 7 ildən bir baş verən okean atmosfer hadisəsini göstəriblər.
El Ninyo Sakit Okeanın ekvatorial hissəsində səth sularında temperatur dəyişikliyindən yaranır.