Rusiya NATO ilə imzaladığı müqavilədən çıxıb
Rusiya Avropada Ənənəvi Silahlı Qüvvələr haqqında Müqaviləni tərk edib.
ENA.az xəbər verir ki, bu barədə Rusiya dumasında səsvermə ilə qərar qəbul olunub.
Deputatlar NATO qüvvələrnin mərkəzi və şərqi Avropada genişlənməsini səbəb göstərərək belə bir qərar qəbul etdiklərini bildiriblər.
Müqavilə 1990-cı ildə Parisdə 22 ölkə tərəfindən imzalanıb.
Soyuq Müharibə dövrünün təhlükəsizlik sazişi rəqiblərə sərhəddə və ya sərhədlərə yaxın bölgələrdə silahlı qüvvələri toplamağı qadağan edirdi.