Avropa ilk birgə qaz alqı-satqısı tenderində təkliflər aldı
Avropa İttifaqı (Aİ) üzv dövlətlərin birgə təbii qaz alışı üçün qurduğu yeni mexanizm çərçivəsində ilk təklifləri toplayıb. Toplu tələb üçün 25 təchizatçı təklif təqdim edib.
ENA.az xəbər verir ki, hərracda qiymətlər alıcı ilə satıcı arasında müəyyən olunacaq. Aİ Komissiyasının vitse-prezidenti Maros Şefçoviç Brüsseldə Avropadakı enerji şirkətlərinin ilk birgə təbii qaz alqı təşəbbüsü ilə bağlı mətbuat konfransı keçirib.
Birgə qaz alışına bazarlardan müsbət reaksiyanın olduğunu bildirən Şefçoviç, "Etibarlı beynəlxalq təchizatçılar 11,6 milyard kubmetr olan ümumi qaz tələbimizə 13,4 milyard kubmetrdən çox tədarük təklifi ilə cavab verdilər", - deyib.
Bunun əhəmiyyətli bir uğur olduğuna diqqət çəkən Sefcovic, Avropa ölkələrinin gələcək qış dövründə qaz çənlərini birlikdə doldurmağa çalışacaqlarını söyləyib.