Sənaye

Qazaxıstan qazının Çinə çatması marşrutu müzakirə edilir

Qazaxıstan ən böyük neft və qaz istehlakçısı olan Çinə qazını satmaq üçün marşrut üzərində işləyir. ENA.az xəbər verir ki, Qazaxıstanın şimal rayonlarından keçməklə Rusiyadan Çinə qaz kəmərinin tikintisi müzakirə edilir.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevin sözlərinə görə, qaz kəmərinin ilkin marşrutu seçilib və hazırda inşaat şərtləri üzərində razılaşmalar gedir. 

Qeyd edək ki, bu ilin əvvəlində “QazaqGaz” və “Qazprom” kompaniyalarının Rusiyadan Çinə beynəlxalq qaz kəmərinin inşası ilə bağlı müzakirələr keçirdiyi bildirilmişdi. Qaz kəmərinin ilkin marşrutu belədir: Kustanay, Astana, Pavlodar, Semipalatinsk və Ust-Kamenoqorsk. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)