BİZNES

Milli Depozit Mərkəzinə rəhbər təyin edilib

Ağahüseyn Xudaverdiyev Azərbaycan Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri təyin edilib.

ENA.az xəbər verir ki, MDM-dən verilən məlumata görə, Xudaverdiyevin təyin edilməsi ilə bağlı qərarı mərkəzin Müşahidə Şurası 2023-cü il mayın 8-də qəbul edib.

Xudaverdiyev 1999-2016-cı illərdə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)