Elm və Texnologiya

"Whatsapp"da söhbətlərə parol qoymaq mümkün olacaq - YENİLİK

"Whatsapp" yeni funksiyanı işə salıb.

ENA.az xəbər verir ki, bu barədə messencerin sahibi Mark Zukerberq məlumat yayıb.

Onun sözlərinə görə, artıq messencerdə söhbətləri kilidləmək mümkün olacaq. Kilid üçün həm parol, həm biometrik (barmaq izi və s.) istifadə olunacaq.

Bu, istifadəçilər arasında olan söhbətləri daha məxfi edəcək vək kilidlənmiş mesajlarda bildirişlər görünməyəcək.

Bundan əlavə istifadəçilər fərdi söhbətləri və ya bütün qrupları da kilidləyə biləcək. Kilidlənmiş söhbətə daxil olmaq üçün istifadəçilər parollarını daxil etməli və ya barmaq izləri ilə autentifikasiya etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)