Qarabağ

Paşinyan: "Türkiyə və Azərbaycanla münasibət qurmalıyıq"

“Biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, çox sadə görünür, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajın Ermənistan cəmiyyəti üçün həzm edilməsi asan deyil”.

ENA.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib.

“Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır”, - Paşinyan deyib.

Paşinyan əlavə edib ki, indi Ermənistanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)