Əsas məzmuna keç
Bakı +12°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Avropadan gələn müsbət xəbərlər nefti bahalaşdırdı

Avropadan gələn müsbət xəbərlər nefti bahalaşdırdı

Bazar ertəsi günortadan sonra neft qiymətləri Avropa iqtisadiyyatı üçün artım proqnozunun yaxşılaşmasından sonra bahalaşıb.Bakı vaxtilə saat 15.12-də Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 74,56 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,39 dollar (0,53%) çoxdur.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin iyun fyuçerslərinin qiyməti bu dəfə 0,42 dollar (0,6%) artaraq bir barelə görə 70,46 dollar təşkil edib.

Qeyd edək ki, ötən həftənin sonunda Brent 1,5%, WTI 1,8% ucuzlaşıb.

Treyderlər çərşənbə axşamı Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq icmalını və Çin və ABŞ-da sənaye istehsalı ilə bağlı aprel ayı məlumatlarını səbirsizliklə gözləyirlər.

Eyni zamanda, Avropa Komissiyası 2023-cü ildə Avropa İttifaqı iqtisadiyyatının artımı ilə bağlı proqnozunu əvvəllər gözlənilən 0,8%-dən 1%-ə qədər yaxşılaşdırıb.