Aqrar

Azərbaycan tütün alışına görə Hindistanın "TOP-5" siyahısına düşdü

Azərbaycan Hindistandan tütün və onun sənaye əvəzedicilərinin ən iri idxalçılarının ilk beşliyinə daxil olub. 2023-cü ilin birinci rübünün yekunları üzrə açıqlanan məlumata görə, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. 

ENA.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında Hindistan ümumilikdə 232 milyon dollar dəyərində tütün və onun sənaye əvəzedicilərini ixrac edib.

Alıcıların ilk beşliyində BƏƏ ($45,2 milyon), Belçika ($34,38 milyon), Nigeriya ($14,96 milyon), Azərbaycan ($9,53 milyon) və Sinqapur ($9,32 milyon) yer alıb.

Cari ilin yanvar-mart aylarında Hinditandan Azərbaycana tütün və onun sənaye əvəzediciləri ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 9,1 dəfə artıb.

Hindistanın Ticarət və Sənaye Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin birinci rübündə Azərbaycana ixracın ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,8 dəfə artaraq 25,41 milyon dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)