Zelenski Londona gedir
Roma, Berlin və Parisdədən sonra Ukrayna prezidenti Volodimir Zelenski bu gün Britaniyaya səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb.
Zelenski Londonda Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək.
“Yerdə və göydə imkanlarımızı genişləndirməkdə Böyük Britaniya liderlik edir. Bu gün də bu əməkdaşlıq davam edəcək. Nümayəndə heyətləri ilə üzbəüz əsaslı danışıqlar aparacağıq”, - Ukrayna prezidenti yazıb.