Gündəm

Bülletenlərin 100 faizi sayıldı - NƏTİCƏLƏR (YENİLƏNİB)

SAAT 11:00

Türkiyədə keçirilən prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb.

ENA.az xəbər verir ki, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, CHP lideri Kemal Kılıçdaroğlu 45 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs toplayıb.

Ölkə üzrə seçici fəallığı 88,84 faiz təşkil edib.

Prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda qalib səs çoxluğu ilə müəyyən ediləcək.

***

SAAT 09:40

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyib

Türkiyədə prezident və parlament seçkilərində Azərbaycandan səs verən türkiyəli seçicilərin çoxu Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. Bu barədə “Anadolu” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda 15 məntəqədə keçirilən seçkilərdə seçicilərin 49.42 faizi (3642 səs) “Cumhur İttifaqı”nın namizədi, “AK parti”nin sədri Rəcəb Tayyib Ərdoğanı, 41,92 faizi, (2768 səs) “Millət İttifaqı”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğluna səs verib.

Digər namizədlərdən Sinan Oğan 6,42 %, yəni 424 səs, Muharrem İncə isə 2,24 %, yəni 148 səs ala bilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)