Xaricdən dərman almaq üçün nə qədər pul ödəmişik?
2023-cü ilin yanvar-mart aylarında xaricdən Azərbaycana idxal olunan dərman vasitələrinin rəsmi statistik dəyəri 192 milyon 63.25 min dollardır.
ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 163 milyon 369.57 min dollar təşkil edir. Yəni, Azərbaycanın xaricdən dərman alışı üçün xərclədiyi vəsait bu ilin üç ayında 29 milyon dollar artıb.
Bu il idxalda miqdar olaraq 8 666.56, ötən il isə 7 455.82 olub.