Neft Fondunun aktivləri 5 milyard dollar artıb
Hazırda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 54 milyard dolları ötür. ENA.az xəbər verir ki, ARDNF-in icraçı direktoru İsrafil Məmmədov belə bir açıqlama verib.
Qeyd edək ki, 2023-cü ilin əvvəlindən ARDNF-in aktivləri 5 milyard dollar artıb. 2022-ci il dekabrın 31-nə fondun aktivləri 49 milyard 33,6 milyon dollar idi.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.