Bank

Borc almaq üçün biznesmenlərin “favorit bankları” – DİNAMİKA ÜZRƏ REYTİNQ  

Azərbaycan bankları arasında bu ilin yanvar-mart aylarında ən çox biznes krediti verən bank AccessBank-dır.

ENA.az xəbər verir ki, bankın sahibkarlıqla məşğul olan şəxslərə verdiyi borcun həcmin 40 milyon manat artıb.

Məbləğ baxımından 39 milyon manat artımla Kapital Bank ikinci, 30 milyon manat artımla Premium Bank üçüncü, 22 milyon manat artımla Paşa Bank dördüncü, 20 milyon manat artımla Yelo Bank beşincidir.

Biznes kreditlərinin həcminin azalması  dinamikasına görə, dövlət bankımız olan ABB sırada öndədir – 64 milyon manat. Muğanbank-da bu kreditlərin həcmi 29 milyon manat, Xalq Bankda isə 16 milyon manat azalıb.

ENA.az dinamika üzrə bankların reytinqini təqdim edir.  

Qeyd edək ki, Azərbaycandakı biznes kreditlərinin həcmi 10 milyard 972.6 milyon manatdır. Bunun 6 milyard 791 milyon manatı TOP-5 bankın payına düşür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department