Paşinyanın rəhbərliyi ilə təcili iclas keçirilir
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə təcili iclas başlayıb.
ENA.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclas zamanı sərhəddəki son toqquşma müzakirə edilib.
Həmçinin, iclasda Paşinyanın bazar günü Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə gözlənilən görüşü haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub