Vakansiyalar

StudyLab işçi axtarır - MAAŞ 1500-2500 AZN

StudyLab  Məhsulun inkişafı və marketinq üzrə rəhbər (Təhsil sahəsi üzrə) vəzifəsinə işçi axtarır

 Son tarix 10 iyn 2023 

Vəzifə öhdəlikləri:

  • Şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
  • Sosial media üçün həftəlik,aylıq, rüblük post planının hazırlanması;
  • Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
  • Şirkətin şöbələri arasında xidmət satışı ardıcıllığının qurulması və idarə olunması; 
  • Ayrı-ayrı xidmətlər üzrə inkişaf konsepsiyasının hazırlanması və idarə olunması; 
  • Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
  • Nəticə yönümlü təhsil marketinqi işinin qurulması;
  • Reklamların həftəlik və aylıq hesabatlarının hazırlanması;
  • Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək;

Namizədə tələblər:

  • Təhsil marketinqi sahəsində 3-5 il iş təcrübəsi; (Mütləqdir)
  • Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə);
  • Səlist Azərbaydan və ingilis dili bilikləri;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Şərtlər:

  • Əmək haqqı: 1500-2500 AZN (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq).
  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:30 -18:30  / Şənbə 10:00  - 16:00 
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis 

Ünvan:  Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını  “Məhsulun inkişafı və marketinq üzrə rəhbər”.  yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.

Son müraciət tarixi: 30 May, 2023

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department