Gündəm

Gürcüstan prezidenti ruslar üçün üç aylıq vizaların tətbiqinə çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya vətəndaşları üçün 3 aylıq məcburi vizaların tətbiqi məsələsini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. Xanım Zurabişvili Rusiya prezidenti Vladimir Putinin gürcülər üçün viza rejiminin ləğvi və ölkələr arasında birbaşa uçuşların bərpası barədə qərarından sonra bu barədə qərar verib.

“Mən Təhlükəsizlik Şurasını üç aylıq vizaların  tətbiqi məsələsinə baxmağa çağırıram. Çünki mövqeyimizi bildirməyin vaxtıdır”, - prezident brifinq zamanı deyib.

Xatirladaq ki. Rusiya prezidentinin göstərişinə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)